CƏMİYYƏT


Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs saxlanılaraq istintaqa təhvil verilib

Bakı, 15 avqust, AZƏRTAC 

Avqustun 15-də Zaqatala rayonunun Kəpənəkçi kəndi ərazisində kənd sakini Telman Hacıyevin üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat tədbirləri nəticəsində T.Hacıyevi aralarında baş vermiş münaqişə zəminində döyərək qətlə yetirmiş şəxsin Qandax kənd sakini, əvvəllər məhkum olunmuş K.Kərimov olması müəyyən edilib.

Qəsdən adam öldürməkdə şübhəli bilinən K.Kərimov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.