DÜNYA


Qətər 2027-ci ildə 126 milyon ton LNG istehsal etməyi planlaşdırır

Bakı, 13 oktyabr, AZƏRTAC

Qətər 2027-ci ildə 126 milyon ton mayeləşdirilmiş təbii qaz (LNG) istehsal etməyi nəzərdə tutur.

AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin Enerji Məsələləri üzrə naziri və “Qatar Petroleum”un baş icraçı direktoru Saad bin Şəriət əl-Kabi deyib.

O qeyd edib ki, ölkəsi təbii qaz ehtiyatlarını inkişaf etdirməyə və dünyada LNG zəncirində lider olmağa çalışır. Bu məqsədlə Qətər 2027-ci ildə LNG istehsalını 126 milyon tona çatdırmağı hədəfləyir.

Nazir daha çox artım və firavanlıq üçün LNG istehsalçıları ilə istehlakçılar arasında əməkdaşlığın vacibliyini bildirib: “Yeni növ koronavirus pandemiyası dövründə Qətər tərəfindən istehsal olunan LNG dünya bazarına nəql olunmaqda davam edir”.

Qeyd edək ki, BP-nin hesabatına görə, Qətər keçən il dünyanın ən çox LNG ixrac edən ölkəsi olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.