CƏMİYYƏT


Qətərdə azərbaycanlı uşaqlara doğma dilimizi, tariximizi öyrətmək üçün “Bazar günü” məktəbi açılıb

Bakı, 17 fevral, AZƏRTAC

Qətərdə yaşayan azərbaycanlı soydaşlarımızın uşaqlarına doğma dilimizi, tariximizi öyrətmək üçün Azərbaycan Respublikasının Qətər Dövlətindəki səfirliyi tərəfindən “Bazar günü” məktəbi açılıb.

Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, səfir Rəşad İsmayılov bu münasibətlə keçirilən tədbiri açaraq, Azərbaycanda uşaqlara göstərilən dövlət qayğısından danışıb, ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulan uşaqlarla bağlı dövlət siyasəti haqqında məlumat verib.

Səfir çıxışında, həmçinin Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən uşaqlara göstərilən diqqət və qayğıdan da söz açıb.

Qeyd edək ki, səfirliyin və Qətərdə Azərbaycan Cəmiyyətinin təşəbbüsü ilə açılan “Bazar günü” məktəbində 20-dən artıq soydaşımız ödənişsiz təhsil alacaq. Dərslərdə əsasən ingilisdilli məktəblərdə təhsil alan azyaşlı şagirdlərə Azərbaycan dilinin qrammatikası tədris ediləcək, eyni zamanda, Azərbaycan yazıçıları və şairlərinin əsərlərindən nümunələr, qədim və yeni tariximiz öyrədiləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.