İQTİSADİYYAT


Qeydiyyatda olan vergiödəyicilərinin sayı 1 milyonu keçib

Bakı, 11 may, AZƏRTAC 

Bu il mayın 1-nə olan məlumata görə, qeydiyyatda olan vergiödəyicilərinin sayı 1 milyonu ötüb.

Vergilər Nazirliyinin media və kommunikasiya mərkəzindən AZƏRTAC-a bildirilib ki, bu barədə nazirliyin Dövlət qeydiyyatı və uçota nəzarət departamentinin baş direktoru Ələkbər Məmmədov deyib.

Nazirlik rəsmisi bu göstəricinin artmasına ötən ilin sonunda qanunvericilikdə edilən dəyişikliklərin müsbət təsiri olduğunu söyləyib: "2019-cu ilin yanvar-aprel ayları ərzində qeydiyyatdan keçən vergiödəyicilərinin sayı 36 min 558 olub. Onlardan 4 min 584-ü hüquqi şəxslər, 31 min 974-ü isə fiziki şəxslərdir”.

Onun sözlərinə görə, 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə vergiödəyicilərinin sayında 32,4 faiz artım müşahidə edilir. Belə ki, ötən ilin yanvar-aprel aylarında 27 min 602 vergiödəyicisi qeydiyyata alınıb. Qanunvericilikdə edilən dəyişikliklər, biznes mühitinin yaxşılaşması istiqamətində atılan addımlar vergiödəyicilərinin sayına təsir edib.

Ə.Məmmədov qeyd edib ki, bu ilin 4 ayında qeydiyyatdan keçən 4 min 427 kommersiya-hüquqi şəxsin 70,6 faizi elektron qaydada qeydiyyata alınıb. Həmin müddətdə qeydiyyatdan keçən vergiödəyicilərinin 54,8 faizi regionların payına düşür.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.