CƏMİYYƏT


Qida Təhlükəsizliyi Agentliyi 851 kiloqram istifadəyə yararsız ət aşkar edib

Bakı, 13 avqust, AZƏRTAC

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən birgə keçirilən monitorinq zamanı Səbail rayonu, Bayıl qəsəbəsində yerləşən heyvan kəsimi müəssisəsində baytarlıq-sanitariya qaydalarına uyğun olmayan şəkildə saxlanılan və istifadəyə yararsız 851 kiloqram ət aşkar olunub.

AQTA-dan AZƏRTAC-a bildirilib ki, müəssisənin heyvan kəsimi və soyuducu sahəsinə baxış zamanı 851 kiloqram heyvan cəmdəyində şübhə doğuran əlamətlər müəyyən edilib. Müəssisədə heyvan kəsimi dayandırılıb və ət satışına məhdudiyyət qoyulub.

Heyvan cəmdəyindən nümunələr götürülərək, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilib.

Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun tədbirlər görüləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.