CƏMİYYƏT


Qida Təhlükəsizliyi Agentliyində Dünya Ticarət Təşkilatına üzvlüklə bağlı danışıqlar layihəsi çərçivəsində görüş keçirilib

Bakı, 30 oktyabr, AZƏRTAC

Qida Təhlükəsizliyi Agentliyində (AQTA) Dünya Ticarət Təşkilatına (DTT) üzvlüklə bağlı danışıqlarda “Dəstək və potensialın gücləndirilməsi” layihəsi çərçivəsində layihənin rəhbəri Marius Bordalba ilə görüş keçirilib.

Agentliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə AQTA sədrinin müşaviri Məmmədrəhim Nəcəfov tədbir iştirakçılarını agentliyin fəaliyyət istiqamətləri və qarşıya qoyulan vəzifələr barədə məlumatlandırıb.

Dünya Ticarət Təşkilatına üzvlüklə bağlı danışıqlarda “Dəstək və potensialın gücləndirilməsi” layihəsi çərçivəsində bir sıra qanunvericilik aktlarının

uyğunlaşdırılması çərçivəsində danışıqlar aparılıb, “Sorğu Mərkəzi”nin (SPS Enquiry Point) aidiyyəti üzrə AQTA-da təsis olunması müzakirə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.