İQTİSADİYYAT


Qida Təhlükəsizliyi Agentliyində fındıq istehsalçıları ilə görüş keçirilib

Bakı, 10 avqust, AZƏRTAC

Avqustun 10-da Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) respublikada fındıq istehsalı ilə məşğul olan sahibkarlarla görüş keçirilib.

Agentliyin informasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə sahibkarları maraqlandıran suallara cavab verən AQTA-nın sədr müavini Rəşad Mafusov istehsalçıların qarşılaşdıqları problemləri dinləyib və onların həlli istiqamətində fikir mübadiləsi aparıb.

Görüşdə fındıq nümunələrinin yoxlanılması üçün agentlik tərəfindən ən müasir standartlara cavab verən texnologiyalardan istifadə edildiyi vurğulanıb. Qida Təhlükəsizliyi Agentliyinin qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin və qida məhsulları istehlakçılarının qida təhlükəsizliyi ilə bağlı maarifləndirilməsi, habelə ixraca dəstək fəaliyyəti çərçivəsində istehsalçılara kömək göstərilməsi işinin bundan sonra da davam etdiriləcəyi bildirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.