CƏMİYYƏT
Qida Təhlükəsizliyi Agentliyində sahibkarlarla görüş keçirilib
Bakı, 20 oktyabr, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyində (AQTA) bitki və bitkiçilik məhsullarının idxalı ilə məşğul olan sahibkarlarla görüş keçirilib.
Agentliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada bitki mühafizə vasitələrinə dair sənədlərin təqdim olunmasının zəruriliyi sahibkarların diqqətinə çatdırılıb.
Agentliyin sədr müavini Rəşad Mafusov qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin qeydiyyata alınmasının vacibliyini vurğulayaraq sahibkarları prosesdə fəal iştirak etməyə çağırıb. Qeyd olunub ki, qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin və qida məhsulları istehlakçılarının maarifləndirilməsi işi bundan sonra da davam etdiriləcək.
Sonra sahibkarları maraqlandıran suallara cavablar verilib və idxalçıların qarşılaşdıqları problemlərin həlli istiqamətində fikir mübadiləsi aparılıb.