DÜNYA


Qırğızıstan Prezidenti andiçmə mərasimində iştirak edən beynəlxalq təşkilatların rəhbərlərini qəbul edib

Bişkek, 28 yanvar, AZƏRTAC

Qırğızıstan Prezidenti Sadır Japarov andiçmə mərasimində iştirak edən beynəlxalq təşkilatların rəhbərlərini qəbul edib.

AZƏRTAC xəbər verir ki, görüşdə TÜRKSOY-un Baş katibi Düsen Kaseinov, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyev, Türkdilli Ölkələrin Parlament Assambleyasının Baş katibi Altınbek Mamayusupov, Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kadırali, MDB İcraiyyə Komitəsi sədrinin müavini İlxom Nematov, həmçinin Asiyada Etimad Tədbirlərinə dair Müşavirənin, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və bir sıra digər beynəlxalq qurumların rəhbərləri və nümayəndələri iştirak ediblər.

Sadır Japarov qonaqları salamlayaraq bildirib ki, Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrlə, avropalı tərəfdaşlarla əlaqələri inkişaf etdirmək əzmindədir: “Bunun üçün lazımi addımlar atacağıq. Türk Şurası, TÜRKSOY, TÜRKPA və Beynəlxalq Türk Akademiyası ilə də gələcəkdə məhsuldar münasibətləri davam etdirəcəyik”.

Beynəlxalq təşkilatların rəhbərləri Sadır Japarovu prezident kimi fəaliyyətə başlaması münasibətilə təbrik ediblər. Görüş iştirakçıları ümid etdiklərini bildiriblər ki, Sadır Japarovun prezidentliyi dövründə ölkə sosial-iqtisadi inkişaf yolunda müsbət nəticələrə nail olacaq.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Bişkek

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.