DÜNYA
Qırğızıstan-Tacikistan sərhədində gərginlik:1 ölü, 13 yaralı
Bişkek, 17 sentyabr, АZƏRTAC
Qırğızıstan-Tacikistan sərhədində yenidən gərginlik yaşanır.
AZƏRTAC xəbər verir ki, ötən gün axşam saatlarında sərhədin Batken vilayəti ərazisində baş verən yeni qarşıdurmada bir hərbçi ölüb, 13 adam müxtəlif dərəcədə xəsarət alıb. Onların da yeddisi hərbçi, altısı mülki vətəndaşlardır. Yaralananlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.
Xəsarət alanlar Qırğızıstanın İsfanı şəhər xəstəxanasına yerləşdirilib. Ölən və yaralananların hamısı Qırğızıstan vətəndaşlarıdır.
Qırğızıstanın Baş Naziri Muxammedkalıy Abılqaziev təcili olaraq Batken vilayətinə gedib, sərhəddə yaşayan vətəndaşlarla görüşüb, xəstəxanada olan yaralılara baş çəkib.
Sərhəddə vəziyyət gərgin olaraq qalır.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [19:24]
Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib
- 26.04.2024 [19:11]
İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub
- 26.04.2024 [18:26]
Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir
- 26.04.2024 [17:57]
Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir
- 26.04.2024 [17:45]
Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]