DÜNYA


Qırğızıstan və Tacikistan qoşunları dövlət sərhəd xəttindən geri çəkiblər

Bakı, 6 iyun, AZƏRTAC

Qırğızıstan və Tacikistanın sərhəd xidmətləri qoşunları Oş vilayətinin Çon-Alay rayonunun Unju-Bulak məntəqəsindən daimi dislokasiya yerinə qaytarıblar.

AZƏRTAC xəbər verir ki, bu barədə Qırğızıstanın Milli Dövlət Təhlükəsizliyi Komitəsinin sərhəd xidməti məlumat yayıb. “Qırğızıstan-Tacikistan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə hökumət nümayəndə heyətləri arasında danışıqların nəticəsinə əsasən əlavə qüvvə və vasitələrin sərhəd xəttindən geri çəkilməsi başa çatdırılıb”, - deyə idarənin mətbuat xidmətindən bildiriblər.

Hazırda Qırğızıstanın Unju-Bulak məntəqəsində vəziyyət sabitləşsə də, sərhəd xidmətinin bölmələri güçləndirilmiş rejimdə fəaliyyət göstərirlər.

Bir gün əvvəl Qırğızıstan və Tacikistan nümayəndələri qoşunları birgə sərhəddən uzaqlaşdırmaq, sərhəd postlarını isə ölkənin 3 kilometr dərinliyinə çəkmək barədə razılığa gəliblər.

Xatırladaq ki, aprelin 29-da Qırğızıstan və Tacikistanın sərhədyanı rayonlarında yerli əhali arasında başlayan növbəti münaqişə sərhədçilərin silahlı qarşıdurması ilə nəticələnib. Qarşıdurma nəticəsində Qırğızıstanın 36 vətəndaşı həlak olub, 200-ə yaxın insan yaralanıb. Tacikistan isə 19 vətəndaşının öldüyünü, 87 nəfərin isə xəsarət aldığını bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.