DÜNYA


Qırğızıstanda koronavirusa yoluxanların sayı 45 min 224-də çatıb

Bişkek, 18 sentyabr, АZƏRTAC

Qırğızıstanda COVID-19-a yoluxma halı yenidən artır. Belə ki, dünən bu rəqəm 81 olmuşdursa, bu gün 91 nəfərdə virus aşkarlanıb. Beləliklə ölkədə koronavirus infeksiyasına yoluxanların sayı 45 min 224 nəfərə çatıb.

AZƏRTAC xəbər verir ki, bu haqda Qırğızıstan Səhiyyə Nazirliyinin səlahiyyətli nümayəndəsi Aynura Akmatova Bişkekdə keçirdiyi brifinqdə məlumat verib. O deyib ki, son sutkada koronavirusdan 198 nəfər sağalıb və bu xəstəlikdən sağalanların ümumi sayı 41 min 415 olub.

Son gündə bu infeksiyaya 3, pandemiya dövründə isə 3 min 188 tibb işçisi yoluxub.

Bildirilir ki, xəstəxanalarda 547, ev şəraitində1772 pasiyent müalicə olunur.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Bişkek

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.