Qırğızıstanın yeni seçilmiş Prezidentinin andiçmə mərasimində 1000-dən çox qonaq iştirak edəcək
AzerTAg.az
Bişkek, 2 yanvar, АZƏRTAC
Yanvarın 28-də Satılqanov adına Qırğızıstan Milli Filarmoniyasında ölkənin yeni seçilmiş Prezidenti Sadır Japarovun təntənəli andiçmə mərasimi keçiriləcək.
AZƏRTAC Qırğızıstan Prezidentinin mətbuat xidmətinə istinadla xəbər verir ki, mərasimdə 1000-dən çox qonaq iştirak edəcək. Qonaqlar sırasında Joqorku Keneşin (parlament) və hökumətin üzvləri, elm, mədəniyyət və incəsənət xadimləri, səfirlər, beynəlxalq təşkilatların, ictimaiyyətin nümayəndələri, yerli və xarici jurnalistlər olacaqlar.
Xatırladırıq ki, Qırğızıstanda prezident seçkiləri yanvarın 10-da keçirilib və Sadır Japarov seçicilərin 79,2 faizinin səsini qazanıb.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek

Xəbərin mətnində orfoqrafik səhv var