CƏMİYYƏT


Qlobal Ekologiya Fondunun İşçi Qrupunun görüşü keçirilir

Bakı, 16 aprel, AZƏRTAC

Qlobal Ekologiya Fondunun (QEF) İsveçrə, Azərbaycan və Mərkəzi Asiya ölkələrini birləşdirən İşçi Qrupunun 19-cu görüşü keçirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, aprelin 16-dan 18-dək Bakı şəhərində keçirilən görüşün məqsədi 2019-2022-ci illər üzrə həyata keçiriləcək fəaliyyətlər, əldə olunan təcrübələr, davamlı inkişaf məqsədlərinə nail olunmasında QEF-in rolu və fondun növbəti şurasının gündəliyinə daxil ediləcək məsələlərlə bağlı müzakirələrin aparılmasıdır.

Tədbirdə Dünya Bankı, BMT-nin İnkişaf Proqramı və Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Qafqaz üzrə Regional Ekoloji Mərkəzin Azərbaycan ofisi və digər təşkilatların nümayəndələri iştirak edir.

Qeyd edək ki, görüş çərçivəsində Qızılağac Milli Parkına səfər təşkil olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.