ELM VƏ TƏHSİL
“Qlobal Təhsil Görüşü 2021”də pandemiyanın təhsil sahəsinə təsirindən bəhs olunub
Bakı, 14 iyul, AZƏRTAC
Təhsil nazirinin müavini Muxtar Məmmədov UNESCO tərəfindən təşkil olunan “Qlobal Təhsil Görüşü 2021” – Nazirlər seqmentində iştirak edib.
Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, COVID-19 pandemiyasının təhsil sahəsinə təsiri, pandemiyaya qarşı cavab tədbirləri və Dayanıqlı İnkişaf Məqsədləri istiqamətində həyata keçirilən fəaliyyətlər mövzusuna həsr olunan virtual tədbirə UNESCO-nun Baş direktoru Odre Azule, UNESCO Baş direktorunun təhsil üzrə müavini Stefania Giannini və bir sıra ölkələrin təhsil üzrə rəhbər şəxsləri qoşulub.
Tədbirdə çıxış edən Muxtar Məmmədov pandemiya dövründə ölkəmizdə təhsilin davamlılığının təmin edilməsi məqsədilə atılan addımlar, Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi istiqamətində təhsil sahəsində görülən işlər, əldə olunan nailiyyətlər barədə tədbir iştirakçılarını məlumatlandırıb.