Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

“Qlobal əhəmiyyətli aqrobioloji müxtəlifliyin mühafizəsi və davamlı istifadəsi” layihəsinə dair seminar keçirilib

Bakı, 29 iyun, Elvin Camalov, AZƏRTAC

İyunun 29-da Bakıda Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin BMT İnkişaf Proqramı ilə birgə həyata keçirdiyi “Qlobal əhəmiyyətli aqrobioloji müxtəlifliyin mühafizəsi və davamlı istifadəsi” layihəsinin giriş seminarı keçirilib.

AZƏRTAC xəbər verir ki, seminarda Kənd Təsərrüfatı Nazirliyinin, BMT-nin, Prezident Administrasiyasının, Nazirlər Kabinetinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının Genetik Ehtiyatlar İnstitutu, Elmi Tədqiqat Əkinçilik İnstitutu, Elmi Tədqiqat Tərəvəzçilik İnstitutu, İslam İnkişaf Bankı, Avropa Şurası və sair təşkilatların məsul əməkdaşları iştirak edib.

Layihənin rəhbəri Fərid Abbasov iştirakçılara layihə çərçivəsində 2018-2022-ci illər ərzində görüləcək işlər barəsində, layihənin məqsədi, komponentləri və tərəfdaş təşkilatları haqqında geniş məlumat verib.

Daha sonra kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov layihəyə uğurlu fəaliyyət arzulayıb. Nazir müavini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyri-neft sektoruna göstərdiyi yüksək diqqətin nəticəsi kimi, iqtisadiyyatın aparıcı sahələrindən olan aqrar sahənin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. Ölkənin davamlı və dayanıqlı inkişafının mövcud təbii ehtiyatların səmərəli istifadəsindən asılı olduğunu vurğulayan nazir genetik ehtiyatların kənd təsərrüfatının inkişafında, xüsusilə seleksiya proqramlarının icra edilməsində mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb.

“Azərbaycan zəngin biomüxtəlifliyə malik ölkələrdən biridir və burada demək olar ki, bütün kənd təsərrüfatı bitkilərinin becərilməsi üçün münbit torpaq-iqlim şəraiti mövcuddur. Milli aqrobiomüxtəlifliyimiz nəinki ölkəmiz, eləcə də dünya ölkələri üçün əhəmiyyətli genetik mənbədir”, - deyə nazir müavini deyib.

S.Talıbov mədəni bitkilərin yabanı əcdadlarının mühafizəsini və hədəf rayonlarda torpaqların eroziya və deqradasiyasının qarşısının alınması sahəsində planlaşdırılan tədbirləri yüksək qiymətləndirib. Nazir müavini qeyd edib ki, həyata keçirilən layihə çərçivəsində 5 il ərzində xalq seleksiyası yolu ilə yaradılan qiymətli sortların və mühüm kənd təsərrüfatı bitkilərinin yaban əcdadlarının etibarlı mühafizəsi təşkil ediləcək, boşluqlar aradan qaldırılacaq, seçilmiş bitkilərdən seleksiyada istifadə edilərək yeni məhsullar və keyfiyyətli sortlar yaradılacaq. Planlaşdırılan işlərin icrasında Kənd Təsərrüfatı Nazirliyinin elmi tədqiqat institutları ilə yanaşı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və bioloji ehtiyatlar sahəsinə birbaşa məsul olan Azərbaycan Milli Elmlər Akademiyasının Genetik Ehtiyatlar İnstitutu ilə sıx əməkdaşlıq edəcək.

BMT-nin rezident əlaqələndiricisi və BMT İnkişaf Proqramının Azərbaycan ofisinin rezident nümayəndəsi Qulam İsakzai bildirib ki, bitkiçilik və əkinçiliyin inkişafı və ümumiyyətlə bölgələrin iqtisadi cəhətdən inkişaf etdirilməsində əsrlərboyu davam edən ənənələrə malik olan Azərbaycan kimi ölkələrdə kənd təsərrüfatı iqtisadiyyatın diversifikasiya olunmasında mühüm rol oynayır.

Q.İsakzai, həmçinin vurğulayıb ki, layihənin maliyyə dəyəri təxminən 24 milyon dollar təşkil edir. Bunun 4,1 milyon dolları Qlobal Ekoloji Fond, 200 min dolları BMT İnkişaf Proqramı, 20 milyon dolları isə Azərbaycan dövləti tərəfindən qarşılanıb. Kənd təsərrüfatı, o cümlədən bitki istehsalı və bağçılıq sahələrinə investisiyaları genişləndirməklə, ölkələr ətraf mühiti qorumuş olur və bununla yanaşı, aclığın aradan qaldırılması, yoxsulluğun azaldılması və insanların səlahiyyətlərinin artırılmasına müvəffəq olurlar.

Giriş seminarında layihəyə cəlb edilən beynəlxalq və yerli ekspertlər tərəfindən planlaşdırılan bütün fəaliyyətlər haqqında iştirakçılara geniş məlumat verilib. Qeyd edilib ki, layihə çərçivəsində Azərbaycanda yayılmış mədəni bitkilərin yabanı əcdadlarının və xalq seleksiya sortlarının toplanması, saxlanması, xəritələşdirilməsi, pasportlaşdırılması, genetik müxtəlifliyin qiymətləndirilməsi, özək və əlamət kolleksiyalarının yaradılması və onlardan seleksiyada istifadə edərək yeni sortların yaradılması planlaşdırılır. Həmçinin qədim xalq seleksiyası sortları və yeni yaradılacaq ekoloji təmiz sortlardan davamlı və dayanıqlı istifadəni təmin etmək üçün seçilən fermerlərə dəstək göstəriləcək. Bundan başqa, Azərbaycan ərazisində biomüxtəlifliklə zəngin olan ərazilərdə torpaq eroziyasının və deqradasiyasının qarşısının alınması istiqamətində tədbirlər görüləcək.

Ərazisi və əhalisinin sayına görə Cənubi Qafqaz regionunun ən böyük ölkəsi sayılan Azərbaycan təxminən 5 milyon hektara yaxın əkinçilik ərazisinə malikdir ki, bu torpağın da təxminən 40 faizi fəal şəkildə becərilir. Torpaq potensialının, genetik bitki mənbələrinin və iqlim şəraitinin zənginliyi ilə tanınan Azərbaycan bitkiçilik və əkinçiliyin təkamül mərkəzlərindən biri hesab olunur. Ümumilikdə, ölkə ərazisində 4500-dən çox çiçəkli, ali sortlu bitki növü və 230-dan çox endemik bitki qeydə alınıb. Azərbaycanda bitki istehsalı kənd təsərrüfatı istehsalının demək olar ki, yarısını təşkil edir ki, bunun da qalan yarısı heyvandarlıq məhsulları istehsalının payına düşür.

Seminar iştirakçıların müzakirələri ilə davam edib, sonda iştirakçıların təklif və fikirləri dinlənilib.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər VİDEOREPORTAJ