CƏMİYYƏT


Qlobal istiləşmənin səbəbi dövri iqlim dəyişmələri ilə izah edilib

Bakı, 1 avqust, AZƏRTAC

Priston Universitetindən (ABŞ) və Maks Plank adına Kimya İnstitutundan (Almaniya) bir qrup alimin gəldiyi nəticəyə görə, son 11 min ildə qlobal istiləşmə Cənub okeanı sularından karbon qazının ayrılması ilə əlaqədardır və insan fəaliyyətinin doğurduğu iqlim dəyişikliyi ilə bağlı deyil. AZƏRTAC xəbər verir ki, bu məlumat “Phys.org” nəşrində yer alıb.

Sonuncu buzlaq dövrü təxminən eramızdan əvvəl 9700-9600-cü illərdə başa çatıb. Bundan sonra buzlaq dövrləri arası holosen dövrü başlanıb. Hesab edilir ki, orta temperaturun ən yüksək həddə (indikindən 1-3 °C çox) çatmış olduğu iqlim optimumu 9-5 min il əvvəlki dövrdə davam edib. Bu tsikl, digər amillərdən başqa, atmosferdə karbon qazının olması ilə şərtlənir ki, bu da öz növbəsində Dünya okeanı və Yerin hava təbəqəsinin qarşılıqlı təsirindən asılıdır.

Alimlər buzlaq dövründən buzlaq dövrləri arasına keçidi parnik qazlarının səviyyəsinin artması ilə əlaqələndirirlər. Lakin bu hadisənin dəqiq səbəbi məlum deyil.

Tədqiqatçılar Cənub okeanında baş vermiş prosesləri müəyyənləşdirmək və modelləşdirmək məqsədilə holosen dövrünə aid diatom yosunların və foraminiferin daşlaşmış qalıqlarında azot molekulunu təhlil ediblər. Məlumdur ki, Antarktidanı əhatə edən Cənub okeanı irimiqyaslı apvellinqin – dərinlikdəki suyun səthə qalxmasının müşahidə edildiyi regiondur. Burada dəniz suyunda həll olunmuş karbon qazı atmosferə buraxılır.

Alimlər aşkar ediblər ki, 11 min il əvvəl güclənmiş apvellinq isti iqlimin sabitləşməsinə səbəb olub. Bu, atmosferdə karbon qatılığının kiçik artımı ilə müşayiət edilib. Bu artım yüksək orta temperaturun saxlanmasında mühüm rol oynayıb və onun tədricən aşağı düşməsinin qarşısını alıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.