MƏDƏNİYYƏT


Qobustan qoruğunda növbəti tədbir - “Biblioterapiya”

Bakı, 24 iyun, AZƏRTAC

“Addım” Gənclərin İnkişafı Mərkəzi İctimai Birliyi Qobustan Milli Tarixi-Bədii Qoruğunun dəstəyi ilə açıq havada növbəti “Biblioterapiya” tədbiri təşkil edəcək.

AZƏRTAC xəbər verir ki, tədbir Qobustan Milli Tarixi-Bədii Qoruğunda iyunun 26-da reallaşacaq.

“Biblioterapiya 6.0” adlı tədbirdə XX əsr fransız filosofu, yazıçı və dramaturqu, ekzistensialist J.P.Sartrın "Seçilmiş əsərləri"indən "Otaq" hekayəsi oxunacaq. Mütaliəyə psixoloji yöndən marağın artırılması və oxu mədəniyyətinin təşviqi və şəxsi inkişafa maneə olan psixoloji gərginliyin azaldılması məqsədi daşıyan tədbir aşağıdakı istiqamətlər üzrə təşkil olunacaq.

İştirakçılar əsəri oxuyacaq, sonra psixoloqun moderatorluğu ilə qrup terapiyası şəklində müzakirə aparacaq. İştirakçılar əsərin məzmununun onlarda hansı hiss və düşüncə yaratdığını anlamağa çalışacaq, əsərin qəhrəmanları ilə empatiya quraraq refleksiya edəcəklər.

Proqrama əsasən, saat 10:00 və 12:00 aralığında iştirakçılar Qobustan Milli Tarixi-Bədii Qoruğunun muzeyini və açıq səma altında abidələri ziyarət edəcək, saat 12:00 və 14:00 aralığında isə “Biblioterapiya” həyata keçirəcəklər.

Tədbirin moderatoru "Addım" Psixoloji xidmət kabinetinin psixoloqu, Bakı Dövlət Universitetinin müəllimi Kamil Həmidovdur.

Terapiyada iştirak ödənişsiz, muzey ərazisinə daxil olmaq isə ödənişlidir.

Qeyd edək ki, iştirakçılardan “terapiya”ya gələrkən özləri ilə kiçik ölçülü xalça gətirmələri xahiş olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.