CƏMİYYƏT
Qobustanda koronavirusun yayılmasına şərait yaradan şəxslər barəsində cinayət işi başlanıb
Bakı, 3 dekabr, AZƏRTAC
Qobustan Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində xidmət aparan zaman iki nəfər koronavirus xəstəsinin karantin qaydalarını pozduqlarını aşkarlayıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, Qobustan şəhər sakini Faiq Səlimova və rayonun Bədəlli kənd sakini Vahid Bəndəliyevə COVID-19 testlərinin nəticəsi pozitiv olduğuna görə ev şəraitində müalicə təyin olunsa da, onlar yaşadıqları ünvanları tərk ediblər. Polis əməkdaşları tərəfindən həmin şəxslər şəhər və kənd ərazisində hərəkətdə olarkən saxlanılıblar. Onlar polis əməkdaşlarının da müşayiəti ilə yaşadıqları ünvanlara göndəriliblər.
İnfeksiya daşıyıcıları olduqlarını bilə-bilə virusun daha geniş yayılmasına şərait yaradan F.Səlimov və V.Bəndəliyev barəsində Qobustan Rayon Polis Şöbəsinin istintaq qrupunda araşdırma aparılır.