İDMAN
Qol güləşi üzrə Bakı şəhər çempionatı yekunlaşıb
Bakı, 16 aprel, AZƏRTAC
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) tədbirlər planına müvafiq olaraq Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin akt zalında qol güləşi üzrə Bakı şəhər çempionatı keçirilib.
BŞGİBİ-dən AZƏRTAC-a bildiriblər ki, çempionatın nəticələrinə görə, Sərdar Sadıqov (55 kq), Elşən Əliyev (60 kq), Şahin Novruzov (65 kq), İskəndər Mustafayev (70 kq), Məhəmmədrəsul İsmayılzadə (75 kq), Nurlan Yusubov (80 kq), Mirhabil Aslanlı (85 kq), Azad Devriçov (90 kq), Elşad Salmanlı (100 kq), Elşən İsmayılov (110 kq), Emin Rəhimov (110 kq-dan yuxarı) birinci yerə layiq görülüblər.
Qalib idmançılar diplom və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [23:07]
Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb
- 26.04.2024 [21:50]
Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib
- 26.04.2024 [20:36]
Hidayət Heydərov dördqat Avropa çempionu olub
- 26.04.2024 [18:19]
Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik
- 26.04.2024 [17:20]
Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib
- 26.04.2024 [16:59]
Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər
- 26.04.2024 [16:54]
İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib
- 26.04.2024 [16:29]