MƏDƏNİYYƏT


“Qonağım ol” rubrikasının budəfəki qonağı Nicat Kazımov olub

Bakı, 8 may, AZƏRTAC

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının “Qonağım ol” rubrikasının növbəti qonağı Əməkdar artist, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, quruluşçu rejissor Nicat Kazımov olub.

AZƏRTAC xəbər verir ki, görüş zamanı aktyor layihələri, tamaşaları, ümumilikdə, fəaliyyəti haqqında ətraflı məlumat verib, həmçinin canlı yayıma qoşulan izləyicilərin “Uşaqlara teatrı necə sevdirməli?”, “Hansı uşaq ədəbiyyatı nümunəsini səhnələşdirmək istərdiniz?”, “Ən uzun müddət hazırlaşdığınız tamaşa hansı olub? “ və digər suallarını cavablandırıb.

Qeyd edək ki, layihənin həyata keçirilməsində əsas məqsəd oxucu və yaradıcı insanlar arasında virtual görüşlərin keçirilməsini təmin etmək, onların oxuculara tanıdılmasına şərait yaratmaqla, uşaq və yeniyetmələrin intellektual inkişafına təkan verməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.