REGİONLAR
Quba “ASAN Həyat” kompleksində bayram yarmarkası açılıb VİDEO
Quba, 4 yanvar, Elxan Yusifli, AZƏRTAC
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Quba “ASAN Həyat” kompleksində təşkil olunan bayram yarmarkası yanvarın 5-dək davam edəcək.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Yeni ilin ASAN Həyat Yarmarkası” adlanan aksiya çərçivəsində müxtəlif yerli şirkətlərin məhsullarının satışı həyata keçirilir. Həmçinin ABAD-çıların əl işləri də sərgilənir.
“ASAN xidmət”in nümayəndəsi İlqar Vahabov bildirib ki, yarmarkanın əsas məqsədi regionun sosial-mədəni həyatına, bayram əhval-ruhiyyəsinin artırılmasına xidmət göstərmək, asudə vaxtın səmərəli təşkilini təmin etməkdir.
Yarmarka çərçivəsində müxtəlif konsertlər də təşkil olunub.
“ASAN Həyat” konsepsiyası “ASAN xidmət” mərkəzi ilə yanaşı, ictimai iaşə obyektlərini də özündə birləşdirir. Vətəndaşlar operativ və nümunəvi xidmətlə yanaşı, bu konseptin istirahət və əyləncə imkanlarından da istifadə edirlər. “ASAN Həyat” Kompleksi vətəndaş rahatlığı üçün həyat standartlarının yaxşılaşdırılmasına yönələn müxtəlif həlləri əhatə edir.
Kompleksdə bayram yarmarkalarının təşkili ənənəvi xarakter daşıyacaq.