ELM VƏ TƏHSİL


Quba, Qusar, Xaçmaz və Şabran rayonlarının təhsil şöbələrinin fəaliyyətinə dair hesabatlar dinlənilib

Bakı, 20 may, AZƏRTAC

Quba şəhərindəki Heydər Əliyev Mərkəzində Quba, Qusar, Xaçmaz və Şabran rayon təhsil şöbələrinin cari tədris ili üzrə fəaliyyətinə dair hesabat tədbiri keçirilib. Əvvəlcə ulu öndər Heydər Əliyevin mərkəzin qarşısında ucaldılmış abidəsi ziyarət edilib, abidənin önünə gül dəstələri qoyulub.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə nazir müavini Məhəbbət Vəliyeva çıxış edərək Prezident İlham Əliyevin təhsilə daim xüsusi önəm verdiyini bildirib, bu sahədə aparılan islahatlardan, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” çərçivəsində həyata keçirilən tədbirlərdən və son illərdə əldə olunan nailiyyətlərdən danışıb. Şagirdlərin azərbaycançılıq məfkurəsi ruhunda tərbiyəsi, məktəblərdə psixoloji xidmətin təkmilləşdirilməsi istiqamətində qarşıda duran vəzifələrə toxunan nazir müavini ümumi təhsil müəssisələrində müvafiq təhlillərin aparılmasının və həmin təhlillərin nəticələrinə əsasən fəaliyyət proqramı hazırlanmasının əhəmiyyətini diqqətə çatdırıb.

Təhsil sistemində yeni yanaşma metodlarından və idarəetmənin təkmilləşdirilməsindən bəhs edən Məhəbbət Vəliyeva təhsil işçilərinə uğurlar arzulayıb.

Sonra 2018-2019-cu tədris ili ərzində Quba, Qusar, Xaçmaz və Şabran rayonlarının təhsil şöbələrinin müdirlərinin hesabatları dinlənilib. Təhsil işçilərini maraqlandıran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.