İQTİSADİYYAT


Qubada 70-dək vətəndaşın problemi dinlənilib

Bakı, 16 may, AZƏRTAC

“Azəriqaz” İstehsalat Birliyi paytaxtla yanaşı, bölgələrdə də yeni yaşayış massivlərinin, kəndlərin, qəsəbələrin təbii qazla təmin edilməsi istiqamətində konkret addımlar atır və bu işlər bundan sonra da davam edəcək.

AZƏRTAC xəbər verir ki, bu sözləri Birliyin Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev “Açıq mikrofon” aksiyası çərçivəsində Quba rayonunda keçirilən görüşdə bildirib. Birliyin Xaçmaz Regional Qaz İstismarı İdarəsinin rəisi Azər Abbasov vətəndaşları yaradılan bu şəraitdən yararlanmağa çağırıb.

Quba rayonunun Bağçalı, Qalagah, Məçkə-xacə, Fırıq, Yekdar, İdrisqışlaq kəndlərinin sakinləri problem və təkliflərini səsləndiriblər. Sakinlər mavi yanacaq olmaması səbəbindən üzləşdikləri çətinliklərdən söz açıblar. Alternativ yanacaq mənbəyi kimi odunla bağlı da problemlərinin olduğunu bildirərək təbii qazla təmin olunmalarını xahiş ediblər. Aksiyaya Quba sakinləri ilə yanaşı, Xaçmaz rayonunun Əhmədoba, Hacıəhmədoba və digər kəndlərinin sakinləri də üz tutublar. Onlar da bir sıra kəndlərin, yeni yaşayış massivlərinin qazlaşdırılmasını xahiş ediblər. “Səyyar qəbul otağı”nın imkanlarından, həmçinin sahibkarlar da yararlanıblar. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan Famil Mikayılov və Qulu Rzayev istehlak edilən təbii qaza görə yaranan debitor borcun ödənilməsi üçün müəyyən qədər vaxt verilməsini xahiş ediblər. Daxil olan bir sıra müraciətin yerindəcə həllinə dair tapşırıq verilib.

Qeyd edək ki, görüşdə Birliyin məsul şəxsləri ilə yanaşı, müvafiq qurumların rəsmiləri də iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.