REGİONLAR


Qubada Azərbaycan-Türkiyə qardaşlıq parkı yaradılır

Quba, 17 aprel, Elxan Yusifli, AZƏRTAC

Quba şəhərində Azərbaycan-Türkiyə qardaşlıq parkı tikilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhərinin Əliqulu Nərimanov küçəsində tikilən yeni parkın layihələndirilməsinə Azərbaycan və Türkiyədən mütəxəssislər cəlb olunub.

Yeni istirahət məkanının eni 24, uzunluğu isə 60 metrdir. Parkda simvolik olaraq iki qardaş ölkənin bayraqlarındakı ulduz və ayparalar təsvir ediləcək.

Azərbaycan və Türkiyənin bayraqlarının dalğalanacağı parkda sakinlərin asudə vaxtının səmərəli təşkili üçün lazımi şərait yaradılacaq.

Parkın ümummilli lider Heydər Əliyevin doğum günündə istifadəyə verilməsi nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.