İDMAN


Qubada “Qızlar futzal kuboku” turnirinin qalibi müəyyənləşib

Bakı, 29 oktyabr, AZƏRTAC

Quba Olimpiya İdman Kompleksində UEFA-nın və AFFA-nın dəstəyi ilə 13 yaşadək məktəbli qızlar arasında “Qızlar futzal kuboku” turniri keçirilib.

AZƏRTAC xəbər verir ki, 12 məktəb komandasının iştirak etdiyi yarışın qalibi Dağlı kənd orta məktəbin komandası olub. İkinci və üçüncü yerləri müvafiq olaraq Qırmızı qəsəbə 1 saylı orta məktəbin və Qaraçay kənd orta məktəbin komandaları tutublar.

Turnirdə ümumilikdə 103 məktəbli qız futzalçı yeni qeydiyyatdan keçib. Sonda hər üç komandaya diplomlar, medallar və kubok verilib. Qırmızı qəsəbə 1 saylı orta məktəbin şagirdi Ayşən Mirzəməmmədova turnirin ən yaxşı oyunçusu seçilib.

AFFA tərəfindən iştirakçı komandalar formalarla təmin olunublar.

Qeyd edək ki, layihənin həyata keçirilməsində əsas məqsəd gələcəkdə qızlar arasında futzal liqasını təşkil etmək, həmçinin milli komandanı yaratmaqdır. Növbəti aylarda layihə daha 6 regionda reallaşdırılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.