REGİONLAR
Qubada Türkiyədən gətirilən “Orange ruby” ərik sortu becəriləcək
Quba, 3 aprel, Elxan Yusifli, AZƏRTAC
Qubada yerləşən Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun Zərdabi adına Elmi Təcrübə Bazasında 1,7 hektar ərazidə yeni növ ərik bağı salınıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ərik bağında Türkiyədən gətirilən “Orange ruby” ərik sortu becəriləcək. Yeni ərik sortunun məhsuldarlığı yüksəkdir və yerli şəraitə tez uyğunlaşır. Bağ sahəsində 5x4 və 4x2.5 sxemlərində 630 ədəd ting əkilib.
Təsərrüfatda ağacların suvarılmasını həyata keçirmək üçün damcı suvarma üsulu tətbiq olunacaq. Bu da tinglərin lazım olan qədər su, həm də dərman və gübrələrlə təmin olunmasını asanlaşdıracaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]