REGİONLAR


Qubada bədbəxt hadisə ölümlə nəticələnib

Quba, 5 aprel, Elxan Yusifli, AZƏRTAC 

Quba rayonunda bədbəxt hadisə baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə aprelin 4-də rayonun Qımıl kəndində qeydə alınıb. Kənd sakini, 2002-ci il təvəllüdlü Musayev Bəşir Çərkəz oğlu həyətdə ocaq qalayarkən üstünə yanacaq düşərək yanıb. O, dərhal Qusarda yerləşən özəl tibb müəssisəsinə, oradan isə Bakıya aparılıb. Həkimlərin səyinə baxmayaraq, ağır yanıq xəsarətləri alan şəxsi xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.