REGİONLAR


Qubada polis və Daxili Qoşunların əməkdaşları gücləndirilmiş iş rejimində xidmət aparır

Quba, 15 oktyabr, Elxan Yusifli, AZƏRTAC

Karantin rejimi ilə əlaqədar Qubada polis və Daxili Qoşunların əməkdaşları gücləndirilmiş rejimdə xidmət aparır.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən COVID-19 pandemiyasının yayılmasının qarşısının alınması məqsədi ilə 2020-ci il 15 oktyabr saat 00:00-dan etibarən Quba və Lənkəran rayonunun bəzi kəndlərinə giriş-çıxışın dayandırılması ilə bağlı Qərar qəbul edilib. Qərarla əlaqədar Quba Rayon Polis Şöbəsinin və Daxili Qoşunlarının əməkdaşları gücləndirilmiş iş rejimində xidmət həyata keçirirlər.

Quba şəhərinə, rayonun Zərdabi qəsəbəsinə və Rustov kəndinə giriş-çıxışlarda postlar qurulub, operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla, nəqliyyat vasitələrinin giriş-çıxışı məhdudlaşdırılıb.

Bundan əlavə, şəhər daxilində yerləşən iri marketlərdə, ictimai iaşə müəssisələrində və sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrində polis əməkdaşları və hərbi qulluqçular tərəfindən birgə reydlər təşkil olunur. Sosial məsafəni gözləməyən, tibbi maskadan istifadə etməyən şəxslərlə profilaktik söhbətlər aparılır və bu tədbirlərin vətəndaşların sağlamlığı üçün həyata keçirildiyi onların diqqətinə çatdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.