Azərbaycan Dövlət İnformasiya Agentliyi

ORDU

Qubadlının azad edilməsi Laçın istiqamətində Ordumuzun yolunu açdı VİDEO

AZƏRTAC-ın müxbirləri Qubadlı döyüşlərində iştirak edən hərbçilərimizin

bir neçəsi ilə həmsöhbət olublar

Qubadlı, 28 noyabr, AZƏRTAC

Ötən il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusunun başladığı əks-hücum əməliyyatlarının 29-cu günü – oktyabrın 25-də Qubadlı şəhəri erməni işğalından azad edildi. Qubadlı şəhəri Vətən müharibəsi dövründə düşmən əsarətindən xilas edilən dördüncü şəhər idi. Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurulması və cənubda yerləşən Zəngilan rayonunda qısa müddətdə aparılan uğurlu əməliyyatlar Azərbaycan Ordusu bölmələrinin Qubadlı rayonunun inzibati hüdudlarına çıxmasına şərait yaratdı. Oktyabrın 20-də Zəngilan şəhəri azad olunandan sonra növbəti istiqamət Qubadlı idi. Qubadlı rayonunun azad edilməsi əməliyyatı bir neçə gün çəkdi. Şəhərdə güclü istehkamlar qurulmuş, yüksəkliklərdə düşmənin hərbi birləşmələri yerləşmişdi. Qubadlını azad etmək üçün, ilk növbədə, yüksəkliklər götürülməli idi. Çünki Ermənistan silahlı qüvvələrinin bölmələri həmin yüksəkliklərdən müntəzəm olaraq hərbçilərimizə atəş açır, Ordumuzun irəliləməsinə mane olurdu. Ona görə Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan Ordusunun illərdir əldə etdiyi hərbi biliklər, qazandığı praktiki vərdişlər və göstərdiyi əzmkarlıq əməliyyatın uğurla icra edilməsi ilə nəticələndi. Əvvəlcə şəhərə hakim olan yüksəkliklər götürüldü, ətrafda yerləşən kəndlər, o cümlədən Xanlıq qəsəbəsi, Padar, Sarıyataq, Mahmudlu kəndləri işğaldan azad edildi və strateji yüksəkliklər ələ keçirildi. Oktyabrın 25-də Azərbaycan Ordusu şəhəri düşməndən tam təmizlədi. Qubadlının azad edilməsi Laçın istiqamətində Ordumuzun yolunu açdı.

AZƏRTAC-ın müxbirləri Qubadlının azad edilməsində fədakarlıq nümunələri göstərən qəhrəman hərbçilərin bir neçəsi ilə həmsöhbət olub, onların xidmətləri ilə maraqlanıblar.

Vətən müharibəsi iştirakçısı Əsgər Hacıyev AZƏRTAC-ın əməkdaşları ilə söhbətində oktyabrın 20-dən 25-dək Qubadlı uğrunda döyüşlərdə iştirak etdiyini vurğulayaraq deyib: “Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə Ordumuz düşmənin təxribatlarının qarşısını almaq üçün genişmiqyaslı əks-hücum əməliyyatına başladı. Ali Baş Komandanın bu əmri ilə bizim də vəzifə borcumuzu yerinə yetirməyimiz üçün imkan yarandı. Çünki ermənilər bizim torpaqlarımızı işğal etməkdən əlavə, qadınlarımızı, uşaqlarımızı, yaşlıları amansızcasına qətlə yetirmişdilər. Azərbaycan Ordusu 30 ilə yaxın müddətdə torpaqlarımızı işğal edən ermənilərə layiqli cavab verməklə yanaşı, xalqımızın başına gətirilən müsibətlərin də qisasını aldı. Apardığımız əks-hücum əməliyyatlarında yaralansam da, sevinirəm ki, torpaqlarımız uzun həsrətdən sonra əsl sahiblərinə qovuşdu. Vətən müharibəsində göstərdiyim şücaətə görə “Qubadlının azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunmuşam. Bundan sonra da canımı Azərbaycan üçün fəda etməyə hazıram”.

Əsgər İbrahim Sadıqov isə müharibə ilə bağlı xatirələrini bölüşərək qeyd edib: “Azərbaycan Ordusu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində uğurlu hərbi əməliyyatlar keçirərək təxminən otuz il işğal altında qalmış torpaqlarımızı azad etdi. Ermənistan silahlı qüvvələri nəinki açıq döyüşdə Azərbaycan Ordusu ilə bacara bilmədi, hətta düşmən hərbçiləri bütün silahlarını, nəqliyyat vasitələrini, ərzaqlarını qoyub qaçdılar. Düşmənin müqavimət göstərə bilməyib geri çəkilməsi bizdə ruh yüksəkliyini və özünəinamı artırdı. Ötən ilin oktyabrında bu ərazilərdə hər kənd, hər qəsəbə uğrunda şiddətli döyüşlər gedirdi. Addım-addım irəlilədikcə mən də daxil olmaqla Azərbaycan Ordusunun hərbi qulluqlarının özünəinamı hər keçən gün artırdı. Ordumuz yalnız irəli gedir, hər gün müxtəlif kəndləri, yaşayış məntəqələrini düşməndən təmizləyirdi. Bunun da məntiqi nəticəsi kimi oktyabrın 25-də Qubadlı rayonu düşmən işğalından azad olundu.

Qubadlı uğrunda döyüşüb, həm də burada xidmət etməkdən qürur duyduğunu vurğulayan İ.Sadıqov fikirlərini belə ifadə edib: “Bir əsgər üçün döyüşdüyü yerdə xidmət etmək qürurverici hissdir. Çünki insan uğrunda can verilən, qan tökülən, həmçinin azad edilməsində özünün də payı olduğu bir torpaqda xidmət edəndə fərəhlənir. Azərbaycan xalqı həm müstəqillik, həm də ərazi bütövlüyü uğrunda minlərlə şəhid verib. Şəhidlərimizin qanı ilə yoğurulan torpaqlara düşmən ayağının dəyməsinə heç vaxt imkan verməyəcəyik”.

Qubadlı şəhərinin mühüm strateji mövqedə yerləşdiyini vurğulayan mayor İbrahim Əliyev bildirib ki, burada strateji yüksəkliklər olduğu üçün qonşu rayonlara nəzarət etmək daha rahatdır. Buna görə də düşmən Qubadlını itirməyi qəbul edə bilmirdi. Bu səbəbdən Qubadlı uğrunda şiddətli döyüşlər gedib. Rəşadətli Azərbaycanın Ordusu güclü müqavimətlə qarşılaşmasına baxmayaraq, düşmənin nəinki dirənişini, hətta belini qıraraq əzəli torpaqlarımızı azad etdi. Ordumuz düşmənə elə zərbə vurdu ki, onlar canlarını qurtarmaq üçün təkcə döyüş sursatlarını, texniki vasitələrini deyil, məhv edilən hərbi qulluqçularının cəsədlərini və yaralananları da döyüş meydanında qoyub qaçırdılar.

Mayor İbrahim Əliyev Vətən müharibəsi ilə bağlı xatirələrini bölüşərkən bir məqamı xüsusi vurğulayıb: “Qubadlıya yaxın ərazidə mühüm bir yüksəkliyin alınması şəhərə tam nəzarət etmək imkanı yaradırdı. Yuxarı komandanlıqdan həmin yüksəkliyin mütləq ələ keçirilməsi ilə bağlı tapşırıq verildi. Bu yüksəklik uğrunda ağır döyüşlər getdi. Şəhidlərimiz, yaralılarımız olmasına baxmayaraq, yüksəkliyi düşməndən azad etdik. Bundan sonra düşmənin müqaviməti qırıldı və onlar Qubadlını boşaltdılar. Hazırda isə Azərbaycan Ordusu burada - Qubadlıdadır. Şəhidlərin və yaralıların canı-qanı bahasına azad edilən bu torpaqlarda, həmçinin bizim də uğrunda döyüşdüyümüz yerdə xidmət etmək unudulmaz, qürurverici hisslərdir. Biz Qubadlını göz bəbəyimiz kimi qoruyuruq. Bir daha düşmən ayağının bu müqəddəs torpaqlarımıza dəyməsinə imkan verməyəcəyik”.

Qubadlının işğaldan azad edilməsi əməliyyatından danışan baş leytenant Emin Abdullayev bildirib: “Qubadlı uğrunda döyüşlər zamanı qrupumuza şəhərin mərkəzindən on kilometr məsafədə mühüm mövqedə yerləşən kəndin düşməndən azad olunması tapşırığı verildi. Tapşırığa uyğun olaraq, kəndi işğaldan azad etmək üçün hücuma keçdik. Həmin istiqamətdə pusquya düşdük və bir şəhidimiz oldu. Lakin çətin vəziyyətdən uğurla çıxaraq, düşmənin müqavimətini qırdıq və həmin mövqeni ələ keçirdik. Qubadlı rayonu azad olunandan sonra digər istiqamətlərdə də döyüşlərdə iştirak etdik. Ermənistan ordusu məğlub olacağını müharibənin ilk günlərindən dərk etməyə başlamışdı. Rəşadətli Azərbaycan Ordusu 44 gündə istədiyinə nail oldu və düşməni təslim olmağa məcbur etdi.

Uğrunda döyüşdüyüm torpaqlarda xidmət etməyin xüsusi önəmi var. Burada həm döyüşmək, həm də xidmət etmək böyük şərəfdir. Biz ata-baba yurdumuzu düşməndən azad etdik, onların ruhu qarşısında vəfa borcumuzu yerinə yetirdik”.

Qubadlının azad edilməsi Laçın istiqamətində Ordumuzun yolunu açdı VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kral Çarlz növbəti həftədən ictimai vəzifəsinə davam edəcək

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar