ELM VƏ TƏHSİL
Qüdrət narı bitkisinin Abşeron şəraitində introduksiyası və tibbi əhəmiyyəti öyrənilir
Bakı, 12 avqust, AZƏRTAC
Dendrologiya Bağının tədqiqat sahəsində Türkiyədən gətirilən qüdrət narı (Momordica charantia) növü tədqiq olunur.
Bu barədə AZƏRTAC-a Dendrologiya İnstitutundan məlumat verilib.
Qüdrət narı - balqabaqkimilər fəsiləsinin momordik cinsinə aid bitki növüdür. Amazon, Asiya, Cənubi Amerika Hindistan, Şərqi Afrika və Karib dənizinin tropik ərazilərində böyüyür və ənənəvi olaraq həm qida, həm də dərman kimi istifadə olunur. Qüdrət narı bədən çəkisini azaldır, qanda xolesterinin miqdarını azaltmaqla ürək-damar xəstəlikləri riskini aşağı salır, ödqovucu xassəyə malikdir, qaraciyərin funksiyasını yaxşılaşdırır.