DÜNYA
“Queen Elizabeth” təyyarədaşıyan gəmisi rəsmən Britaniya donanmasına daxil edilib
Bakı, 7 dekabr, AZƏRTAC
Dekabrın 7-də Böyük Britaniyanın ən iri, müasir və ən bahalı təyyarədaşıyan gəmisi olan “Queen Elizabeth” rəsmən Krallığın Hərbi Dəniz Qüvvələrinin tərkibinə daxil edilib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, təntənəli mərasim Portsmut hərbi bazasında 3,7 min qonağın iştirakı ilə keçirilib.
Mərasimdə, həmçinin kraliça II Elizabet də iştirak edib. 91 yaşlı kraliçanın Britaniya donanmasının flaqmanının göyərtəsinə rahat qalxması üçün xüsusi lift quraşdırılıb. Kraliça öz çıxışında təyyarədaşıyan gəminin yaxın onilliklər boyu dənizlərdə Britaniya gücünün göstəricisi olacağını deyib.
Qeyd edək ki, göyərtəsində 40 təyyarə və 1600 ekipaj üzvünü daşıya bilən “Queen Elizabeth” gəmisinin tikintisi 8 il davam edib və 3,1 milyard funt-sterlinqə (4,1 milyard dollar) başa gəlib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [19:24]
Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib
- 26.04.2024 [19:11]
İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub
- 26.04.2024 [18:26]
Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir
- 26.04.2024 [17:57]
Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir
- 26.04.2024 [17:45]
Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]