İDMAN


Qurban Qurbanov: Varşavada olsaq da ürəyimiz Azərbaycandadır

Bakı, 1 oktyabr, Nicat Məmmədov, AZƏRTAC

Yeni baş məşqçi gəldikdən sonra "Legiya"nın oyununda dəyişikliklər var. Rəqibimiz standart vəziyyətlərdən yaxşı istifadə edir. Sabah bu komandaya qarşı yaxşı oynamağa çalışacağıq.

AZƏRTAC xəbər verir ki, bu fikirləri "Qarabağ" komandasının baş məşqçisi Qurban Qurbanov Polşada "Legiya"ya qarşı keçirəcəyi Avropa Liqasının pley-off mərhələsinin oyunundan əvvəl mətbuat konfransında deyib.

48 yaşlı mütəxəssis bildirib ki, Varşavada olsalar da, ürəkləri Azərbaycandadır: "Ordumuz Ali Baş Komandanımızın rəhbərliyi altında Azərbaycan torpağı olan Qarabağın işğalçılardan təmizlənməsi əməliyyatlarına başlayıb. Təbii ki, biz sülh tərəfdarıyıq, ancaq təəssüf ki, düşmənimiz bizimlə eyni fikirdə deyil.

Ürəyimizin yarısı burada, yarısı isə Azərbaycandadır. Bu əməliyyatlardan xoş xəbərlər alacağımızı gözləyirik. Xalqımız Ali Baş Komandanımıza inanır”.

Qeyd edək ki, oktyabrın 1-də keçiriləcək "Legiya" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.