REGİONLAR
Qurban bayramında Mingəçevirdə qayğıya ehtiyacı olan insanlar unudulmayıb
AZƏRTAC xəbər verir ki, şəhərdə fəaliyyət göstərən idarə və təşkilat rəhbərlərinin, yerli sakinlərin iştirakı ilə təşkil olunan bayram mərasimlərində çıxış edənlər hamını müqəddəs Qurban bayramı münasibətilə təbrik edib, bu günlərdə ehtiyacı olan hər bir vətəndaşa kömək göstərilməsinin əhəmiyyətini vurğulayıblar.
Bildirilib ki, Mingəçevir şəhərində Qurban bayramı ilə əlaqədar şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, II Dünya müharibəsi veteranlarına, məcburi köçkün ailələrinə, kimsəsizlərə, tənhalara və yardıma daha çox ehtiyacı olan şəxslərə - ümumilikdə 1500 ailəyə qurban payı verilib. Mingəçevir şəhər məscidində imkansızlar üçün bayram süfrəsi təşkil olunub. Oktyabrın 5-də idarə və təşkilatlar, şəhərin imkanlı şəxsləri tərəfindən daha 500 ailəyə qurban əti paylanılıb.