Qurbanqulu Berdiməhəmmədov: Türkmənistan Əfqanıstana lazımi dəstək verməyə hazırdır
AzerTAg.az
Aşqabad, 15 yanvar, AZƏRTAC
Türkmənistan Əfqanıstanın qonşusu olaraq ölkədə dinc şəraitin qurulması üçün bütün lazımi dəstəyi verməyə hazırdır.
AZƏRTAC xəbər verir ki, bu fikri Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Aşqabadda keçirilən beynəlxalq konfransda söyləyib.
Ölkə başçısı bildirib ki, uzun illərdir Türkmənistan Əfqanıstanda tibb və təhsil müəssisələri inşa edir, elektrik enerjisini güzəştli şərtlərlə tədarük edir və bu ölkəyə iqtisadi və humanitar yardımlar göstərir. Həmçinin əfqan tələbələr Türkmənistanın təhsil müəssisələrində oxuyur.
Qurbanqulu Berdiməhəmmədov bundan sonra da bu istiqamətdə işlərin davam etdiriləcəyini qeyd edib.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Aşqabad

Xəbərin mətnində orfoqrafik səhv var