REGİONLAR


Qusar Dövlət Ləzgi Dram Teatrı “Əsir qadın” tamaşasını nümayiş etdirib

Qusar, 26 fevral, Elxan Yusifli, AZƏRTAC 

Fevralın 26-da Qusar Dövlət Ləzgi Dram Teatrında “Əsir qadın” tamaşası nümayiş etdirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yazıçı Meyxoş Abdullahın eyniadlı əsəri Xocalı faciəsinin 28-ci ildönümü münasibətilə səhnələşdirilib.

Otuz nəfərə yaxın aktyor heyətinin rol aldığı tamaşada erməni əsirliyində olan soydaşlarımızın başına gətirilən müsibətlər əks etdirilir. Yeni tamaşa üçün xüsusi dekorasiya hazırlanıb.

Səhnə əsərinin quruluşçu rejissoru Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, Dağıstan Respublikasının Əməkdar artisti Laləzar Hüseynova, quruluşçu rəssamı Marina Mahmudova, musiqi tərtibatçısı Şaiq Qardaşovdur.

Qusar Mədəniyyət sarayında təqdim olunan səhnə əsəri tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.