REGİONLAR
Qusarda dörd nəfər narkotikə görə saxlanıldı VİDEO
Qusar, 17 fevral, Elxan Yusifli, AZƏRTAC
Qusar Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları rayon ərazisində narkotik vasitələrin satışında və dövriyyəsində şübhəli bilinən dörd nəfəri saxlayıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, əməliyyat tədbirləri zamanı narkotiklərin satışı ilə məşğul olan rayon sakini, 45 yaşlı Raməddin Aslanov, iki qardaş Rəşid və Cavid Beybutovlar, həmçinin narkotik maddələri satıcılardan alan Asim Əmirov saxlanılıblar.
Dindirilmə zamanı Raməddin Aslanov, Rəşid və Cavid Beybutovlar Qusar rayonunda narkotiklərin satışı ilə məşğul olduqlarını etiraf ediblər.
Polis əməkdaşları tərəfindən R.Aslanova məxsus evə baxış keçirilən zaman oradan şüşə balonda satış üçün saxlanılan çəkisi 490 qram olan qurudulmuş marixuana aşkarlanaraq götürülüb.
Faktlarla bağlı Qusar RPŞ-də cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.