REGİONLAR


Qusarda keçirilən humanitar aksiyada 200-ə yaxın donor qan verib

Qusar, 20 may, Elxan Yusifli, AZƏRTAC

Qusarda hemofiliya, talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkən xəstələrə yardım, həmçinin torpaqlarımızın azadlığı uğrunda döyüşmüş hərbçilərimizin sağlamlığına dəstək məqsədilə keçirilən qanvermə aksiyasında 200 nəfərə yaxın donor qan verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, humanitar aksiyada Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Qan Bankının xüsusi tibb briqadasının həkim-hematoloqları Rayon Mərkəzi Xəstəxanasının tibb heyəti ilə birgə donorları müayinə etdikdən sonra onlardan qan götürüblər.

Səhər saatlarından başlayan qanvermə aksiyasında rayonun idarə, müəssisə və təşkilatlarında çalışan əməkdaşlar fəal iştirak ediblər. Hemofiliya və talassemiya xəstələrinin müalicəsində qan komponentlərinin və preparatlarının istənilən vaxtda əlçatan olması üçün qanvermə aksiyalarının keçirilməsi böyük dəstəkdir.

18-65 yaşarası, çəkisi 50 kiloqramdan artıq, sağlam olan hər kəs qan donoru ola bilər. Kişilər hər 3 ayda, qadınlar isə hər 4 ayda bir dəfə donorluq edə bilərlər.

Humanitar aksiya çərçivəsində əldə edilən qan nümunələri Respublika Mərkəzi Qan Bankına göndəriləcək və irsi qan xəstəliklərinin müalicəsində istifadə olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.