REGİONLAR


Qusarın Cağarqışlaq kəndinin suvarma suyu ilə təminatı üçün nasos stansiyası qurulur

Qusar, 25 may, Elxan Yusifli, AZƏRTAC

Qusar rayonunun Cağarqışlaq kəndinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması üçün Samur-Abşeron kanalı üzərində nasos stansiyası qurulur.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, kəndin torpaq sahələrinə Qusarçaydan qidalanan Cağar arxı vasitəsilə suvarma suyu verilir.

Hazırda çayda kifayət qədər su olduğu üçün təsərrüfatçıların tələbatı ödənilir. Lakin son illər yay aylarında Qusarçayda suyun səviyyəsinin azalması, Cağar arxının ətrafındakı bağ və əkin sahələrinin çoxalması kənd sahələrinin suvarma suyu ilə təminatında problemlər yaradırdı. Bunu nəzərə alaraq kəndin yaxınlığından keçən Samur-Abşeron kanalının üzərində sovet dövründə tikilən, amma 1990-cı illərdə dağıdılmış nasos stansiyası yenidən bərpa olunur. Nasos stansiyasından kəndə kimi yüksək təzyiqə davamlı diametri 630 millimetrlik borularla 3,8 kilometrlik su xəttinin çəkilməsi nəzərdə tutulur.

Qısa müddətdə su xəttinin yarıdan çoxu çəkilib, gücü 450 litr/saniyə olan 2 ədəd yeni su nasosu və digər avadanlıqlar quraşdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.