CƏMİYYƏT


Qusarın Ləzə və Qubanın Xınalıq kəndlərində qar örtüyünün hündürlüyü 25 santimetrə çatıb

Bakı, 26 oktyabr, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, ölkə ərazisində oktyabrın 25-i axşam saat 18 radələrindən başlayaraq hava şəraiti dəyişib, bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağıb, şimal-qərb küləyi güclənib.

Xidmətdən AZƏRTAC-a bildiriblər ki, oktyabrın 26-sı səhərədək düşən yağıntının miqdarı Ləzədə (Qusar) 27, Qubada 15, Qrızda (Quba) 14, Daşkəsən, Qusarda 18, Xınalıqda 12, Şahdağ (Qusar), Xaltanda (Quba) 11, Altıağacda (Xızı) 9, Göygöldə 8, Gədəbəy, Lerikdə 7, Şabran, Oğuz, Qobustanda 5, Gəncə 4, Sarıbaş (Qax), Biləsuvar, Hacıqabul, Salyan, Sabirabad, Cəfərxan (Saatlı), Qazıməmməd (Hacıqabul) 3, Kişçay (Şəki), İsmayıllı, Ağdərədə (Ordubad) 2, Naxçıvan, Naftalan, Şəmkir, Zaqatala, Şəki, Tərtər, Bərdə, Yevlax, İmişli, Neftçala, Göytəpə (Cəlilabad), Lənkəranda 1 millimetrədək olub.

Bakıda və Abşeron yarımadasına gəlincə isə Maştağa, Pirallahıya 4, Bakıya 3, Sumqayıta 2 millimetr yağıntı düşüb.

Qar örtüyünün hündürlüyü Ləzə, Xınalıqda 25, Qrızda 23, Dəstəfurçay-Qaraqollar (Daşkəsən) 11, Şahdağ, Xaltanda 3, Qusarda 2, Altıağac, Daşkəsəndə 1 santimetr olub.

Şimal-qərb küləyi əsib, arabir Naftalanda 32, Tərtərdə 27, Tovuzda 24, Ağdam, Bərdədə 23, Ağstafa, Nabran, Neftçala, Gəncədə 20, Ceyrançöl, Göyçayda 18, Mingəçevir, Yevlaxda 17, Şəmkir, Şabran, Xaçmazda 16, Şərurda 15, Bakı, Qum adasında 28, Pirallahıda 25, Neft Daşları, Çilov adası, Maştağada 24, Sumqayıtda 22, Binədə 21 metr/saniyəyədək güclənib. Neft Daşları meteoroloji stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 5.5 metrə çatıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 8°-dək, Aran rayonlarında 11°-dək isti, dağlıq rayonlarda 6°-dək şaxta, Naxçıvan Muxtar Respublikasında 3-10° isti olub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.