DÜNYA


Qvatemalada cinayətkar qrup xəstəxanaya hücum edib: 7 ölü, 12 yaralı

Bakı, 17 avqust, AZƏRTAC

Qvatemalada cinayətkar qruplaşmanın üzvləri həbsxanadan xəstəxanaya gətirilmiş rəhbərlərini qaçırmaq üçün müalicə müəssisəsinə hücum ediblər.

AZƏRTAC xarici KİV-ə istinadla bildirir ki, hadisə paytaxtdakı "Ruzvelt" xəstəxanasında baş verib. Cinayətkar qruplaşma üzvləri ətrafda olan insanlara atəş açıblar. Nəticədə 7 nəfər öldürülüb. Hücum zamanı 1-i uşaq olmaqla 12 nəfər xəsarət alıb. Uşağın vəziyyəti ağırdır.

Ölkə polisi hücumda iştirak etdiyi iddia olunan 5 nəfərin tutulduğunu, onların "Mara Salvatruca" cinayətkar qruplaşmasının üzvləri olduğunu açıqlayıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.