İDMAN
RABİTƏ İŞÇİLƏRİNİN “SAĞLAMLIQ –2006” SPARTAKİADASINAYEKUN VURULMUŞDUR
AZƏRTAC xəbər verir ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin yaranmasının 88-ci ildönümünə həsr olunmuş “Sağlamlıq–2006” spartakiadasına yekun vurulmuşdur. Rabitə işçiləri arasında 20 gün davam edən yarışlarda idmanın şahmat, dama, stolüstü tennis, nərd, voleybol və kəndirdartma növləri üzrə 500-dək idmançı mübarizə aparmışdır.
Noyabrın 24-də nazirliyin akt zalında keçirilən mükafatlandırılma mərasimində “Aztelekom” İstehsalat Birliyinin idmançıları ümumi komanda hesabında ən yüksək nəticə göstərərək kuboka layiq görülmüşlər. İkinci yerə “Azərpoçt” Dövlət Müəsissəsinin, üçüncü yerə isə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin komandaları sahib olmuşlar. Bu komandalar və şəxsi yarışlarda fərqlənmiş idmançılar da nazirliyin xüsusi mükafatlarına layiq görülmüşlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [21:50]
Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib
- 26.04.2024 [20:36]
Hidayət Heydərov dördqat Avropa çempionu olub
- 26.04.2024 [18:19]
Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik
- 26.04.2024 [17:20]
Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib
- 26.04.2024 [16:59]
Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər
- 26.04.2024 [16:54]
İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib
- 26.04.2024 [16:29]
Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub
- 26.04.2024 [15:34]