İQTİSADİYYAT


RABİTƏ NAZİRLİYİNDƏ KARGÜZARLIQ İŞLƏRİ AVTOMATLAŞDIRILMIŞDIR

Azərbaycan Prezidentinin “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”ın təsdiq edilməsi haqqında” 2003-cü il 27 sentyabr tarixli Fərmanına uyğun olaraq, Rabitə Nazirliyində kargüzarlıq işləri üzrə təlimat hazırlanmış və kağızsız texnologiyanın tətbiqinə başlanmışdır. Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, kağızsız texnologiyanın tətbiqi dəqiq uçot aparılması, bütün kargüzarlıq işlərinin təkmilləşdirilməsi və sürətləndirilməsi deməkdir. İndi rabitə nazirinin qəbuluna internet vasitəsilə yazılmaq, ərizə, şikayət və müraciətləri birbaşa ünvanlamaq imkanı yaranmışdır. Bu işlərin kompüter vasitəsilə aparılması həm vaxta, həm də kağız israfçılığına xeyli qənaət edir. Kağızsız texnologiyanın tətbiqi “Elektron Rabitə Nazirliyi”nin yaradılmasına dair tədbirlər planının tərkib hissəsidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.