RƏSMİ XRONİKA
RESPUBLİKA PREZİDENTİNİN ATƏM NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞÜ
ATƏM-in Minsk qrupu sədrinin müavini vaxt tapıb onları qəbul etdiyi üçün Azərbaycan Prezidentinə təşəkkürünü bildirmiş, bu səfərin əvvəlkilərdən fərqləndiyini, erməni tərəfin də atəşin kəsilməsinə meylinin artdığını qeyd etmişdir. O bildirmişdir ki, indiki şəraitdə atəşin tezliklə kəsilməsi üçün daha yaxşı zəmin yaranmışdır, sizinlə söhbətimizdən sonra yenidən Yerevana yola düşəcəyik. M.Mosberq demişdir ki, yaxın vaxtlarda ATƏM-in Minsk qrupunun sədri Yan Eliassonun münaqişə bölgəsinə səfəri başlanacaqdır.
Respublika Prezidenti atəşin hələ aprelin 28-də kəsilməsi barədə razılıq əldə olunmasına baxmayaraq erməni tərəfin bu sazişi pozduğunu qeyd edərək, bir daha demişdir ki, biz atəşin kəsilməsinin tərəfdarıyıq.
Görüşdə dövlət müşaviri Vəfa Quluzadə və xarici işlər naziri Həsən Həsənov iştirak etmişdir.
Aslan Aslanov
AZƏRTAC-ın müxbiri