SİYASƏT
ROMA PAPASI BƏŞƏRİYYƏTİ TERRORİZMƏ QARŞI QƏTİ MÜBARİZƏYƏ, MÜNAQİŞƏLƏRİN SÜLH YOLU İLƏ HƏLLİNƏ DƏSTƏK OLMAĞA ÇAĞIRMIŞDIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Vatikan dövlətinin başçısı, Roma papası II İohann Pavel pravoslav xristianların müqəddəs bayramı Pasxa münasibətilə Romada keçirilən ibadət mərasimi zamanı çıxışında “Xoş əqidəli insanları” təcavüzkar separatizm, eksremizm və beynəlxalq terrorizm kimi qlobal hədələrə qarşı qəti mübarizə aparmağa çağırmışdır.
“Bəşəriyyət sülhə, təhlükəsizliyə və sabitliyə ciddi qorxu törədən və gündən-günə güclənməkdə olan terrorizmə qarşı qəti mübarizə elan edərək ayağa qalxmalıdır” - deyən Vatikan dövlətinin başçısı bəyan etmişdir ki, “terrorizm dinc həyatı, birgəyaşayışı təkzib edir və milyonlarla əməksevər və sülhpərvər insanın gündəlik həyat və məişətinə qəsd edir”.
Roma papası beynəlxalq ictimaiyyəti münaqişələrin sülh yolu ilə həlli işinə yardımçı olmağa çağırmışdır.
Vatikan dövlətinin başçısının çıxışı bütün Avropa ölkələrinə birbaşa yayımlanmışdır.