İDMAN
RUSİYALI SAHİBKAR ARGENTİNA YIĞMASININ YOLDAŞLIQ OYUNLARI HÜQUQUNU ALMIŞDIR
Müqavilə 2011-ci ilədək nəzərdə tutulmuşdur. Alınan xəbərlərə görə, milli komandanın baş məşqçisi Xose Pekerman müqavilənin şərtləri ilə əlaqədar bu vəzifədə işləməkdən imtina etmişdir.
“Gulqonq” firması Argentina yığmasının 24 yoldaşlıq görüşünü ölkənin hüdudlarından kənarda təşkil etmək hüququ almışdır. Görüşlərin və məşqlərin keçiriləcəyi yerləri, mehmanxanaları və nəqliyyat vasitələrini firmanın nümayəndələri seçəcəklər. Firma oyunların teleyayımları hüququnu da almışdır.
Müqavilənin şərtlərinə görə, Argentina yığması 24 görüşdən 10-nu əsas heyətlə, 7-ni ikinci heyətlə, qalanlarını isə eksperimental heyətlə keçirməlidir. Komandanın hər oyununa görə AFF firmadan 750 min dollar alacaq. Bu məbləğin yarısı nağd ödəniləcəkdir.
Argentinalıların ilk yoldaşlıq görüşü avqustun 16-da CAR-da ölkə yığması ilə olacaqdır. Məlum olduğu kimi, 2010-cu il dünya futbol çempionatı bu Afrika dövlətində keçiriləcəkdir.