RƏSMİ XRONİKA
RUSİYA FEDERASİYASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB VLADİMİR PUTİNƏ
Hörmətli Vladimir Vladimiroviç,
Mozdok şəhərində törədilmiş partlayış nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni ürəkdən kədərləndirdi.
Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram.
Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
2 avqust 2003-cü il.