İQTİSADİYYAT
RUSİYA NEFT HASİLATI VERGİSİNİN TARİFİNİ QALDIRIR VƏ NEFTİN İXRAC RÜSUMUNUN HƏCMİNİ ARTIRIR
Neftin ixrac rüsumunun dəyişdirilməsi ilə yanaşı, faydalı qazıntılar hasilatının vergi tariflərini hesablamağın yeni qaydası da tətbiq edilir. Yəni, qanunda neft hasilatının vergi tarifini hər ton üçün 347 rubldan 400 rubladək artıqmaq nəzərdə tutulur.
Bu qanun ölkə prezidenti tərəfindən imzalandıqdan sonra qüvvəyə minəcəkdir.
Yuxarı palatanın büdcə komitəsinin sədri Yevgeni Buşmin bu qanunu parlamentin üzvləri qarşısında şərh edərək demişdir ki, neftin ixrac rüsumunun qaldırılması dünya bazarında vəziyyətin əlverişli olması ilə bağlıdır. Hökumətin hesablamalarına görə, bir barrel neftin qiyməti 27 dollar olduqda neftin ixrac rüsumundan əlavə gəlir ildə 1 milyard 982 milyon dollar, 30 dollar olduqda isə 3 milyard 477 milyon dollar təşkil edəcəkdir. Faydalı qazıntıların hasilat vergisinin dəyişməsindən əldə olunan əlavə gəlirin məbləği bir barrelin qiyməti 27 dollar olduqda ildə 616 milyon dollar, 30 dollar olduqda isə 819 milyon dollar təşkil edəcəkdir.