QAN YADDAŞI
Radiasiya Problemləri İnstitutunda Xocalı hadisələri zamanı ermənilərin törətdiyi vəhşiliklərdən danışılıb
Bakı, 23 fevral, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Radiasiya Problemləri İnstitutunda (RPİ) Xocalı faciəsinin 26-cı ildönümünə həsr olunan anım tədbiri keçirilib.
RPİ-dən AZƏRTAC-a bildirilib ki, AMEA-nın Biofizika İnstitutu ilə birgə keçirilən tədbirdə əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov Xocalı faciəsinin ağır nəticələrindən, tarixi faktlar və sənədlərə əsasən, ermənilərin saxtakarlığından və onların törətdiyi vəhşiliklərdən danışıb. O, həmçinin Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində və “Xocalıya ədalət!” kampaniyası çərçivəsində görülən işlər barədə məlumat verib.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.