ELM VƏ TƏHSİL
Radiasiya Problemləri İnstitutunda doktorantura və dissertanturaya sənəd qəbulu davam edir
Bakı, 19 sentyabr, AZƏRTAC
AMEA-nın Radiasiya Problemləri İnstitutunda fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya sənəd qəbulu davam edir.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul əyani və qiyabi olmaqla radiasiya materialşünaslığı, nüvə kimyası, dissertanturaya isə radiasiya materialşünaslığı, nüvə kimyası və radioekologiya, elmlər doktoru hazırlığı üzrə doktoranturaya (qiyabi) və dissertanturaya qəbul radiasiya materialşünaslığı ixtisasları üzrə aparılır.
Sənədlərin qəbulu oktyabrın 7-dək hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək davam edəcək. Sənədlər Radiasiya Problemləri İnstitutunun Təhsil şöbəsinə təqdim olunmalıdır.